49 cərrahın adı Xüsusi Komissiyanın siyahısında niyə yoxdur?

Azərbaycanda plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının kompleks şəkildə yoxlanılması məqsədilə Səhiyyə Nazirliyi, Baş Prokurorluq, DİN və Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası xüsusi siyahını açıqlayıb. Artıq rəsmi icazəsi olan 42 nəfərdən ibarət plastik cərrahların siyahısı məlumdur.

Gununsesi.info Yenisabah.az-a istinadən xəbər verir ki, Xüsusi Təftiş Komissiyasının (XTK) açıqladığı siyahıdan əvvəl Azərbaycan ərazisində fəailiyyət göstərən cərrahlarla bağlı müxtəlif iddialar səsləndirilirdi.

Ötən ilin noyabrında ABŞ-də yaşayan keçmiş ANS əməkdaşı Qənirə Ataşova saxta yollarla plastik cərrahiyə şəhadətnaməsi alan bəzi estetik cərrahlarla bağlı siyahı dərc etmişdi.

Həmin siyahıda 49 adı qeyd olunmuşdu.

Hər iki – Qənirə Ataşova və XTK-nin siyahılarını qarşılaşdırdıqda məlum olur ki, plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin siyahısında Qənirə Ataşovanın saxta şəhadətnaməyə sahib olduğunu iddia etdiyi həkimlərin heç birinin adı yoxdur.

Xatırladaq ki, aprelin 17-də Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislər bu şəxslərdir:

1 Abdullayev Elçin Nizami

2 Abbasova Aytən Namiq

3 Abdullayev Elvin Oruc

4 Axund-zadə İlyas Salavat

5 Cəlilova Günay Mustafa

6 Cümşüdov Adil Cümşüd

7 Əliyev Elman Sabir

8 Əliyev Mahir Mehdi

9 Əliyev Vəli Malik

10 Əliyev Abduləli Əlihüseyn

11 Ələkbərov Vüqar Əli

12 Əvəzzadə Elməddin Niyaz

13 Əhmədxanlı Nərmin Xanlar

14 Xankişiyev Röyal Xanlar

15 İsgəndərov Ramazan Musa

16 İbrahimova Sevinc Məmməd

17 Kərimov Rauf İskəndər

18 Kandal Sabahattin Yaser

19 Qasımov Tale Akif

20 Qasımov Bəxtiyar Əli

21 Qazıyeva Aygün Məmmədhəsən

22 Qafarov Məhəmməd Fətullah

23 Qələndərov Vaqif Məhərrəm

24 Quliyev Teymur Arif

25 Quliyeva Əsmər Məhərrəm

26 Məmmədov Tağı Əli

27 Məmmədov Elçin Vəli

28 Məmmədov Vasif Qabil

29 Məmmədov Dilqəm Telman

30 Musayeva Nəzmin Cavanşir

31 Nemətzadə Tale Əflatun

32 Namazəliyev Rauf Mətləb

33 Rəsulzadə Vüsal Əyyub

34 Rəsulov Teymuraz Namiq

35 Rüstəmov Nicat Cahid

36 Samadov İsmikhan Samad

37 Samin Sami Ulhak

38 Salmanov Araz İsax

39 Seyid Mircəfər Mirsəməd

40 Seyidli Mirfeyzulla Mirsəttar

41 Süleymanov Şamil Əhməd

42 Həsənov Nicat Bəxtiyar

Beləliklə, 42 cərrahdan ikisi Türkiyə, biri isə İran vətəndaşıdır.