“Uber” “Trendyol Go” nu almaq istəyir

  • By Günel
  • 18 Aprel 2025 12:12

Bildirilir ki, “Uber” qida və ərzaq çatdırılması platforması “Trendyol Go” nu almaq üçün danışıqlar aparır.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, “Uber” Technologiesin Türkiyənin qida və ərzaq çatdırılması platforması “Trendyol Go” nu almaq üçün danışıqlar apardığı bildirilir.

Bloomberg razılaşmanın şərtlərinin hələ dəqiqləşdirilmədiyini, yekun razılığın əldə olunmadığını və danışıqların razılaşma ilə nəticələnməyəcəyi ehtimalının da olduğunu vurğulayıb.

“Trendyol Go” e-ticarət platforması “Trendyol Group” tərəfindən idarə olunur.

Bildiririk ki, “Trendyol” Qrupunun əksər səhmləri Çində yerləşən elektron ticarət nəhəngi “Alibaba Group”a  məxsusdur.

Günel Həsənova

Gununsesi.info