Aİ Səudiyyə Ərəbistanı vətəndaşları üçün viza azadlığı hazırlayır

  • By Günel
  • 18 Aprel 2025 12:38

Aİ-nin Səudiyyə Ərəbistanındakı səfiri Səudiyyə Ərəbistanı vətəndaşlarının qısamüddətli viza öhdəliklərindən azad edilməsi üçün iş aparıldığını təsdiqləyib.

Gununsesi.info xarici KİV- ə istinadən xəbər verir ki, Avropa İttifaqının (Aİ) Səudiyyə Ərəbistanındakı səfiri Kristof Farnaud Səudiyyə Ərəbistanı vətəndaşlarını qısamüddətli viza tələblərindən tamamilə azad etmək üçün səylərin davam etdiyini təsdiqləyib.

“Gulf News” xəbər saytının məlumatına görə, AB rəsmisi Səudiyyə Ərəbistanı vətəndaşlarının qısamüddətli viza öhdəliklərindən azad edilməsi üçün işlərin aparıldığını bildirib. Bu, Səudiyyə Ərəbistanı vətəndaşlarını ölkəyə girişdən əvvəl viza tələblərindən azad edəcək və onlara Aİ-nin 27 üzv dövlətinin Şengen zonasında sərbəst səyahət etmək imkanı verəcək.

Xəbərə görə, son dəyişikliklər artıq Səudiyyə Ərəbistanı ilə Şengen zonası ölkələri arasında səyahətlərin asanlaşdırılmasında önəmli bir irəliləyişdən xəbər verir.

Səfir Farnaud mövzu ilə bağlı vurğulayıb ki, qısamüddəttli səfər üçün  çox girişli vizaya icazə veriləcək:

“2024-cü ilin aprelində Avropa Komissiyası Səudiyyə Ərəbistanı vətəndaşları ilə Bəhreyn, Küveyt, Qətər və Omandan gələn vətəndaşların 5 ilə qədər qısamüddətli səfərlər üçün çox girişli vizası almağa icazə verəcək qaydaları qəbul etdi”.

Bunun sadəcə olaraq rahatlıq məsələsi olmadığını qeyd edən Aİ rəsmisi qeyd edib ki, bu dəyişikliklər xalqlar arasında əlaqələrin möhkəmləndirilməsi və Səudiyyə Ərəbistanı ilə Avropa arasında müntəzəm mübadilələrin təşviqi istiqamətində mühüm addımdır. Farnaud Səudiyyə Ərəbistanının “beynəlxalq turizmə artan açıqlığını” da qeyd edib.

Yeni viza siyasəti ilə Səudiyyə Ərəbistanı vətəndaşları tək viza ilə 5 il ərzində dəfələrlə Avropaya səyahət edə biləcəyi məluamatı verilib.

Günel Həsənova

Gununsesi.info