Təyyarəni qaçırmaq istəyən şəxs sərnişin tərəfindən vurularaq öldürüldü

  • By Günel
  • 18 Aprel 2025 11:52

Karib hövzəsindəki Beliz ölkəsində kiçik bir təyyarəni qaçırmağa cəhd edən ABŞ vətəndaşı sərnişin tərəfindən vurularaq öldürülüb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Beliz rəsmiləri jurnalistlərə bildiriblər ki, ABŞ vətəndaşı Akinyela Taylor bıçağın köməyi ilə Tropic Air təyyarəsini qaçırmağa cəhd edib. Taylorun təyyarə havada olarkən bıçaq çəkdiyi və daxili reysin ölkə xaricinə yönləndirilməsini istədiyi, təyyarədə 14 sərnişin və 2 ekipaj üzvü olduğu bildirilib.

Bildirilib ki, 3 sərnişini bıçaqlayan Taylor daha sonra silah vəsiqəsi olan sərnişin tərəfindən vurularaq zərərsizləşdirilib.

Beliz hava limanının rəsmiləri təyyarənin təhlükəsiz eniş etdiyini və yaralıların xəstəxanaya aparıldığını bildiriblər.

Günel Həsənova

Gununsesi.info