Financial Times: Raiffeisenbank Rusiya bölməsinin satışını dayandırdı

 Avstriyanın Raiffeisen Bank International (RBI) Rusiya bölməsini satmaq planlarını müvəqqəti olaraq dayandırıb. Qərarın 2024-cü ilin fevralında, Moskva ilə Vaşinqton arasında münasibətlərin dəyişməsi və qlobal qeyri-müəyyənliyin artması fonunda verildiyi bildirilir.

 

Gununsesi.info xəbər verir ki, bu barədə  Financial Times qəzeti məlumat yayıb.

Məlumata görə, vəziyyətin qiymətləndirilməsi üçün fasilə vacib sayılıb. Buna baxmayaraq, RBI rəsmi açıqlamasında satış prosesinin hələ də davam etdiyini qeyd edib.

Bank vurğulayıb ki, Rusiya məhkəməsinin səhmlərlə bağlı qoyduğu qadağa səbəbindən əməliyyatlar hazırda hüquqi cəhətdən mümkünsüzdür.

RBI Rusiya-Ukrayna müharibəsinin ilk günlərində Rusiyadakı fəaliyyətini dayandırmaq niyyətində olduğunu açıqlamışdı. Şirkət Rusiyadakı biznesini satmaq üçün Aİ və ABŞ tənzimləyicilərinin təzyiqi altındadır. RBI bildirir ki, bu proses tez başa çata bilməz, çünki sövdələşmə üçün bir neçə instansiyadan rəsmi təsdiq alınmalıdır.

Qeyd edək ki, 2024-cü ilin ortalarında RBI Rusiyadakı aktivlərin satışını sürətləndirəcəyini vəd etsə də, Rusiya məhkəməsinin qərarı bu prosesi ləngidib.  Məhkəmə bankın səhmlərinin satışını qadağan edib və RBI bu məhdudiyyətin Rusiya bazarından çıxmaq planlarını gecikdirə biləcəyini bildirib.

 

 

 

Şəbnəm

Gununsesi.info