Sevdiyimiz zaman bədənimizdə nə baş verir?

İnsan üçün ən təbii hisslərdən biri də sevgi hissidir.

Gununsesi.info xəbər verir ki, insan aşiq olanda dofamiz hormonu ifraz olur.

Bu həzz hormonu insana gözək əhval, sevinc hissi verir

Eyni zamanda “bağlanma hormonu” adlanan oksitosin də aktivləşir.

Oksitosin güvən və daha rahat olmaq istəyinə təkan verir. Ancaq bununla da bitmir və həyəcan hissi olan adrenalin də işə düşür. Məhz buna görə də ürək daha sürətli döyünməyə, ovuclar tərləməyə və nəfəs tezləşməyə başlayır.

Alimlər hesab edirlər ki, sevgililərin ürək döyüntüləri bir-birinə yaxın olduqda sinxronlaşır.

 

Orxan
Gununsesi.info