Şəkidə məhbus ölüb

Şəki Penitensiar Müəssisəsində cəza çəkən məhbus xəstəxanada ölüb.

Gununsesi.info -nun xəbərinə görə, 1960-cı il təvəllüdlü Vidadı Balıyev aprelin 17-dən 18-ə keçən gecə müalicə aldığı Şəki Rayon Mərkəzi Xəstəxanasında (RMX) vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, məhbus V.Balıyev kəskin ağciyər və ürək çatışmazlığından əziyyət çəkirdi.

 

 

Gununsesi.info