
ABŞ-da bir gənc qız rəfiqəsinin ailəsi ilə tətildə olmasına əsəbiləşdi və gəmiyə saxta bomba hədəsi ilə zəng etdi.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, FTB tərəfindən izi müəyyən edilən gəncə 8 ay həbs cəzası verilib.
“Düşünürəm ki, kimsə sizin Sunrise kruiz gəminizə bomba yerləşdirib” sözləri ilə başlayan e-poçtdan sonra gəminin rəsmiləri həyəcan vəziyyətinə gətirilib.
2024-cü ilin yanvarında Mayamidən yola düşən Sunrise kruiz gəmisi Yamaykaya üzərkən limana qayıtmaq məcburiyyətində qalıb.
Prokurorların sözlərinə görə, gəmidəki mindən çox otaqda bomba şübhəsi ilə axtarış aparılıb.
Orxan