
Litva Seymi Rusiya və Belarus vətəndaşlarına qarşı sanksiyaları gücləndirib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, eni dəyişikliklərə əsasən, Rusiya və ya Belarus pasportu olan şəxslər üç ay ərzində iki və ya daha çox dəfə bu ölkələrə səfər etsələr, Litvadakı yaşayış icazələri ləğv ediləcək.
Bu qayda 2025-ci il mayın 3-dən qüvvəyə minir.
Belarus vətəndaşlarına da eyni məhdudiyyətlərin tətbiqi müzakirə olunsa da, qəbul edilməyib. Qanun layihəsi parlamentdə 115 deputatın səsi ilə qəbul olunub, yalnız bir nəfər bitərəf qalıb.
Qanunda bəzi istisnalar da var. Əgər səfərin “obyektiv və müstəqil” səbəbi varsa, o zaman icazə ləğv olunmayacaq. Həmçinin, Avropa İttifaqı ölkələri arasında tranzit daşımaları ilə məşğul olan şirkətlərin əməkdaşları bu qaydalardan azaddır.
Litvanın xarici işlər naziri Kestutis Budris bildirib ki, bu addım təhlükəsizlik baxımından vacibdir.
Qeyd edək ki, Litva 2023-cü ilin mayından etibarən Rusiya və Belarus vətəndaşlarına qarşı məhdudiyyətlər tətbiq etməyə başlayıb. Hazırda ruslara yaşamaq icazəsi almaq, daşınmaz əmlak əldə etmək və bəzi vizalar üçün müraciət etmək qadağandır.
Şəbnəm