Müdafiə naziri İsraildə həmkarı ilə görüşdü

Təl-Əvivdə Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovla israilli həmkarı İsrael Katz arasında görüş keçirilib.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı “The Times of Israel” portalı yayıb.

Məlumata görə, görüş zamanı Katz iki ölkə arasında dərin strateji müttəfiqliyi yüksək qiymətləndirib.

Bildirilib ki, tərəflər müdafiə sahəsində əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib.

Gununsesi.info