
Amnesty International Rusiyada “arzuolunmaz təşkilat” elan edilib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Rusiya Baş Prokurorluğu Amnesty İnternational təşkilatını “arzuolunmaz təşkilat” elan etmək qərarına gəlib.
Baş Prokurorluq Amnesty International-ın Rusiyadakı fəaliyyəti ilə bağlı yazılı açıqlama yayıb.
Sözügedən qurumun Rusiyaya qarşı layihələr həyata keçirdiyi və Ukraynaya dəstək verdiyi ifadə edilən açıqlamada , “Londonda qeydiyyatdan keçmiş beynəlxalq qeyri-hökumət təşkilatı Amnesty International Limited-in Rusiyadakı fəaliyyətinin “arzuolunmaz” kimi tanınması ilə bağlı qərar qəbul edilib” , – deyə bildirilib.
Orxan