Paris uçuşları ləğv edildi

Parisin ikinci ən böyük hava limanında sistem nasazlığının təsirlərinin bu gün də davam edəcəyi gözlənilir. Aviaşirkətlərdən uçuşlarını 15 faiz azaltmaq istənilib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, dünən Fransanın paytaxtı Paris -Orli hava limanında hava nəqliyyatı sistemlərində yaranan nasazlıq səbəbindən yaranan xaosun bu gün də davam edəcəyi gözlənilir.

Bazar günü, mayın 18-də hava nəqliyyatı sistemlərinin çökməsi nəticəsində yüzlərlə reys gecikib və ləğv edilib.Fransa mülki aviasiya idarəsi bu gün Paris-Orli hava limanında bəzi reyslərdə təxirə salınma və gecikmələr olduğunu bildirib. 

France24 xəbər saytına görə, DGAC olaraq da bilinən mülki aviasiya qurumu mövzu ilə bağlı açıqlamasında “Vəziyyət yaxşılaşır” deyib.

Bununla belə, aviaşirkətlərdən uçuşların sayını 15 faiz azaltmaq istənilib. Sistem nasazlığı baş verən bazar günü bu nisbət yüzdə 40 idi.

Qurumdan verilən açıqlamada, atılan qabaqlayıcı addımlara baxmayaraq gecikmələrin gözlənildiyi bildirilib. DGAC bəyanatında sistemin nasazlığının səbəbləri ilə bağlı heç bir təfərrüat verilməyib. 

Bu gün Paris-Orli hava limanından İtaliya, Fransa, Portuqaliya və Fransanın cənubuna uçması gözlənilən reyslər ləğv edilib.

Paris-Orlydən Avropa ölkələri və ABŞ da daxil olmaqla bir çox daxili və beynəlxalq uçuşlar həyata keçirilir. 

Orxan

Gununsesi.info