
Keçmiş bankir Cahangir Hacıyevin həyat yoldaşı, Zamirə Hacıyevanın Londonda müsadirə olunmuş evi və qolf klubu 19.5 milyon funt sterlinqə satışa çıxarılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Nəşrin məlumatına görə, Z.Hacıyeva, Milli Cinayətkarlıqla Mübarizə Agentliyinin (NCA) altıillik təhqiqatından sonra bu aktivlərin müsadirəsinə razılaşıb və ötən ilin payızında satışa çıxarılacağı açıqlanıb.
Cahangir Hacıyev 2001-2015-ci illərdə Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin sədri olub və hazırda vəzifə saxtakarlığı, vergidən yayınma və mənimsəmə ittihamları ilə 16 illik həbs cəzası çəkir. NCA-nın bildirdiyinə görə, qolf klubu və ev dələduzluq, mənimsəmə və çirkli pulyuma nəticəsində əldə olunub.
Qolf klubu 4.25 milyon funt-sterlinqə, ev isə 14.75 milyon funt-sterlinqə satılır. Satışdan əldə olunan məbləğin 70 faizi hökumətə, 30 faizi isə Hacıyevaya qaytarılacaq.
Zamirə Hacıyeva əvvəllər “Harrods” ticarət mərkəzində 10 il ərzində 16 milyon funt-sterlinq sərf edib, bunun 4.9 milyon funtu zinət əşyalarına xərclənib.
Xatırladaq ki, Cahangir Hacıyev, Beynəlxalq Bankdan 4.7 milyard manatlıq kredit mənimsəməkdə təqsirli bilinib, lakin özünü təqsirli saymır.
Onun sözlərinə görə, kreditlər layihələrə xərclənib və kreditlərin ödənilməsi üçün gəlirlər əldə edilib. Hacıyev, onun həbsindən sonra həmin müəssisələrin ələ keçirildiyini bildirib.
Şəbnəm