Ucarda 15 hektar ərazi yanaraq külə döndü - VİDEO

  • By Günel
  • 07 Mart 2025 08:29

Ucar rayonu, Təzə Şilyan kəndində açıq ərazidə yanğın baş verib.

Bu barədə Gununsesi.info -ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Kürdəmir və Ucar rayon Yanğından Mühafizə hissələrinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində kol-kos və qamışlıq sahədə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq, genişlənməsinə, o cümlədən ərazidə yerləşən kommunikasiya xətlərinə keçməsinə imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində 15 hektar sahədə kol-kos və qamışlıq yanıb.

Ətraf ərazilər və kommunikasiya xətləri yanğından mühafizə olunub.