
SpaceX özünün ən güclü kosmik raketi Starship-in 8-ci uçuş sınağını başa çatdırıb.
Gununsesi.info xarici mediaya istinadən verdiyi xəbərə görə, Raket uğurla buraxılarkən, sonradan əlaqənin kəsildiyi bildirilib.
Məlumata görə, raket partlayıb.
ABŞ Federal Aviasiya Administrasiyası Florida ştatının dörd hava limanında uçuşları müvəqqəti olaraq dayandırıb.
Problemin səbəbini müəyyən etmək üçün uçuş məlumatlarının araşdırılacağı ifadə edilən açıqlamada, “Həmişə olduğu kimi, müvəffəqiyyət öyrənilənlərdən gəlir. Bugünkü uçuş da Starship-in etibarlılığını artırmaq üçün yeni dərslər öyrənməyimizə imkan verəcək” deyə bildirilib.
Şirkətdən əvvəlki açıqlamada, son sınaq uçuşunun Starship-də indiyə qədər müəyyən edilmiş texniki çatışmazlıqların aradan qaldırılmasına və performans yaxşılaşdırma işlərinə töhfə verəcəyi bildirilmişdi.
Orxan