“28 May” stansiyasında qatarda nasazlıq baş verdi

  • By Günel
  • 06 Mart 2025 19:19

“28 May” stansiyasında “Dərnəgül-Əhmədli” marşrutu üzrə hərəkət edən qatarda texniki nasazlıq yarandığı üçün sərnişinlər düşürülüb və qatar “Nərimanov” elektrik deposuna göndərilib.

Bu barədə Gununsesi.info -ya Bakı Metropoliteninin Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, həmin qatarın əvəzinə xəttə qatar verilib. İki qatar arasında yaranmış 7 dəqiqəlik interval fərqi qısa müddətdə aradan qaldırılıb.

Gununsesi.info