
Beynəlxalq əlaqələr üzrə ekspertlər yaxın 10 il ərzində III Dünya Müharibəsinin qaçılmaz olduğu qənaətindədirlər.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Beynəlxalq münasibətlər sahəsində 357 siyasi strateq və proqnozçu arasında aparılan sorğunun nəticələrinə görə, hər 10 nəfərdən 4-ü ABŞ, Çin və ya Rusiya kimi böyük dövlətlərin iştirak etdiyi böyük müharibənin 2035-ci ilə qədər başlayacağını düşünür.
Sorğunun nəticələrinə görə, müharibə çox güman ki, nüvə silahı və kosmosda münaqişələrlə bağlı olacaq. Mütəxəssislər 2019-cu ildə ABŞ tərəfindən yaradılan Kosmik Qüvvələrin gələcək müharibə ssenarilərində kritik rol oynaya biləcəyini deyirlər.
Daily Mail-də çıxan xəbərə görə, dünya üçün ikinci ən böyük təhlükə iqlim dəyişikliyidir. Sorğuda iştirak edən ekspertlərin 29,9 faizi iqlim dəyişikliyinin 2035-ci ilə qədər qlobal rifah üçün ən böyük təhlükə olacağını düşünür. Bunun əksinə olaraq, 27,6 faiz qlobal güclər arasında böyük müharibəni daha böyük təhlükə olaraq görür.
Yeni epidemiyanın dünya əhalisini təhdid edəcəyini düşünənlərin nisbəti cəmi 1,7 faiz olduğu halda, iqtisadi böhran və borc yükünün dünyanı iflic vəziyyətinə salacağını proqnozlaşdıranların nisbəti 5,1 faiz olaraq qalıb.
Orxan