Beşbarmaqda maşından meyit tapıldı

  • By Admin2
  • 06 Mart 2025 17:12

Bu gün saat 04:50 radələrində Bakı-Quba yolunda avtomobildən meyit tapılıb.

Gununsesi.info xəbər verir ki, Quba-Bakı yolunun Zarat kəndindən keçən hissəsində – Beşbarmaq adlanan ərazidə dayanan “Mercedes” markalı avtomobilin sürücü oturacağında meyit aşkarlanıb.

Ölən şəxsin Şabran rayon sakini 1995-cil il təvəllüdlü Cəbrayılov Təbriz İlqar oğlu olması müəyyən edilib.

Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info