Ağadadaş Ağayevə bu cəza verildi

  • By Admin2
  • 06 Mart 2025 12:32

Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə araşdırması tamamlanıb.

Gununsesi.info-nun məlumatına görə, Binəqədi Rayon Məhkəməsində keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, A.Ağayevə 1 il sınaq müddəti seçilməklə şərti cəza verilib.

Ağadadaş Ağayevlə insident yaşayan Nurəddin Cəlilovun da məhkəmə araşdırması tamamlanıb.

Hökmə əsasən N.Cəlilova 2 il sınaq müddəti seçilməklə şərti cəza verilib.

Gununsesi.info