Bakının bir sıra yollarında tıxac - SİYAHI - FOTOLAR

  • By Günel
  • 07 Mart 2025 08:21

Bakının bir sıra yollarında tıxac yaranıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda:

1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində;

2. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində;

3. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində;

4. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində;

5. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.