
İsrail Fələstin ərazilərinin işğalını süni intellektlə irəlilətməyə çalışır.
Gununsesi.info xarici mediaya istinadən verdiyi xəbərə görə, İsrail-Fələstinin ortaq nəşri +972 Magazine və ibranidilli Local Call nəşri ilə birgə aparılan araşdırma nəticəsində məlum olub ki, Unity 8200 işğal olunmuş ərazilərdə apardığı geniş müşahidə əməliyyatlarından böyük həcmdə telefon zəngləri və mətn mesajlarından istifadə edərək ərəb nitqini başa düşmək üçün süni intellekt modelini öyrədib.
The Guardian-a layihə haqqında məlumatı olan mənbələr bildiriblər ki, bölmə monitorinq etdiyi insanlar haqqında suallara cavab verə bilən və topladığı böyük həcmli müşahidə məlumatlarına dair fikirlər təqdim edə bilən mürəkkəb chatbot kimi alət yaratmaq üçün modeli qurmağa başlayıb.
Bacarıqları ABŞ Milli Təhlükəsizlik Agentliyi (NSA) ilə müqayisə oluna bilən telefon dinləmə agentliyi Qəzzada 2023-cü ilin oktyabrında başlayan müharibədən sonra sistemin inkişafını sürətləndirdi.
Model hələ keçən ilin ikinci yarısında hazırlanırdı. Lakin onun yerləşdirilib-yerləşdirilmədiyi hələlik bəlli deyil.
Orxan