
ABŞ dövlət katibi Marko Rubio bildirib ki, “Həması dəstəkləyən” əcnəbi tələbələrin vizaları ləğv edilə bilər.
Gununsesi.info xarici mediaya istinadən verdiyi xəbərə görə, vizaların ləğvi üçün süni intellekt dəstəyi ilə araşdırma aparılacağı qeyd edilib.
“Tut və Ləğv et” mövzulu araşdırma çərçivəsində on minlərlə əcnəbi tələbə müəyyən ediləcək.
Rubio vurğuladı ki, “ABŞ qanunlarını pozanlar”, o cümlədən əcnəbi tələbələr vizadan imtina, ləğv və ya deportasiya ilə üzləşirlər. ABŞ-da yayımlanan Axios xəbər saytının xəbərinə görə, ABŞ Dövlət Departamentindən adı açıqlanmayan yüksək səviyyəli rəsmilər, Rubionun bu mövzuda araşdırma aparacağını bildirib.
Orxan