Papa Fransisk xəstəxanadan səsli mesaj göndərdi: "Mən sizi buradan müşayiət edirəm"

  • By Admin2
  • 07 Mart 2025 10:45

Katoliklərin ruhani lideri Papa Fransisk fevralın 14-də xəstəxanaya yerləşdirildikdən sonra ilk dəfə audio mesaj paylaşıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Romadakı bir xəstəxanada qeydə alınan mesaj günlər sonra ilk dəfə Müqəddəs Pyotr meydanında əks-səda verdi və xoş xəbər gözləyən 1,4 milyard katolik üçün ümid yaratdı.

Argentinalı papanın ortaq dil olan italyan dilində deyil, ana dilində danışmağı seçməsi diqqət çəkib.

Fransisk doğma ispan dilində qeyd etdiyi mesajda “Meydandan sağlamlığım üçün etdiyiniz dualara görə sizə ürəkdən təşəkkür edirəm. Sizi buradan müşayiət edirəm. Allah və Məryəm sizi qorusun. Təşəkkür edirəm” deyib.

Səs yazısı yayıldıqdan sonra minlərlə insan Papa Fransisi alqışlayıb. Vatikan bildirib ki, mesaj cümə axşamı səhəri Papanın xəstəxana otağından qeydə alınıb.

Orxan

Gununsesi.info