
ABŞ-da 7 ildir itkin düşən Əbdül Əziz Xan tapılıb. Onun anası Rabia Xalid uşaq qaçırma ittihamı ilə saxlanılıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin Kolorado ştatında 7 il əvvəl itkin düşən Əbdül Əziz Xan fevralın 23-də tapılıb.
Ev sahibinin təhlükəsizlik kameraları vasitəsilə onun əmlakına yad şəxslərin girdiyini bildirdikdən sonra polis Highlands Ranch ərazisində hadisə yerinə reaksiya verib.
Evdə iki böyük və avtomobildə gözləyən iki uşaq tapılıb. Şübhəlilərin şəxsiyyətlərinin yoxlanılması zamanı qadının 40 yaşlı Rabia Xalid olduğu və onun barəsində uşaq qaçırma ittihamı ilə həbs qətimkan tədbirinin olduğu müəyyən edilib.
Onunla birlikdə olan şəxsin 42 yaşlı Elliot Bleyk Burjua olduğu müəyyən edilib. Xalid və Burjua ikinci dərəcəli adam oğurluğu, saxtakarlıq, şəxsiyyət oğurluğu, polisə yalan məlumat vermək və sərhədi pozma ittihamları ilə həbs edilib. Uşaqlar mühafizə altına alınıb.
2014-cü ildən Əbdüləziz Xanın atası ilə anası arasında qəyyumluq mübahisəsinin olduğu, Xalidin isə 2017-ci ildə məhkəmə iclasına gəlmədiyi üçün uşağı ilə birlikdə yoxa çıxdığı bildirilir.
Orxan