
ABŞ prezidenti Donald Trampın sosial şəbəkədə təhdidlərindən sonra HƏMAS tez cavab verdi. Fələstin qrupu bildirib ki, Trampın hədələri İsrailin baş naziri Benyamin Netanyahunu atəşkəs razılaşmasından çıxmağa və hücumları gücləndirməyə cəsarətləndirib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, HƏMAS bildirir ki, ABŞ prezidenti Donald Trampın fələstinlilərə qarşı hədələri İsrailin baş naziri Binyamin Netanyahunu atəşkəs razılaşmasından çıxmağa və Qəzzanın blokadasını gücləndirməyə cəsarətləndirib.
“Qalan israilli məhbusları azad etməyin ən yaxşı yolu atəşkəsin ikinci mərhələyə keçməsi və İsrailin vasitəçilərin himayəsi altında imzalanmış razılaşmaya əməl etməyə məcbur edilməsidir”, – Həmas sözçüsü Abdellatif əl-Qanoa Reuters agentliyinə bildirib.
Qeyd edək ki, Tramp HƏMAS-dan bütün girovları, o cümlədən ölü girovların qalıqlarını dərhal “azad etməyi” tələb etmişdi.
Orxan