Birinci vitse-prezident Mehriban Əliyeva Gəncə şəhərinə səfər edib - FOTOLAR

  • By Günel
  • 06 Mart 2025 19:31

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva martın 6-da Gəncə şəhərinə səfər ediblər.

Gununsesi.info xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək, önünə gül dəstələri qoydular.

Qeyd edək ki, Mehriban Əliyeva Gəncə şəhərində aparılan abadlıq işləri ilə də tanış olub. Həmçinin Gəncədə yeni qurulan Kəpəz stadionuna baxış keçirib.

Sonra şəhər sakinləri ilə xatirə fotoları çəkdirildi.

Birinci vitse-prezident Mehriban Əliyeva Gəncə şəhərinə səfər edib