Ölkəyə narkotik keçirməyə cəhd edən PUA zərərsizləşdirildi

  • By Admin2
  • 06 Mart 2025 15:05

Dövlət sərhədində müşahidə edilən uçuş aparatı zərərsizləşdirilib. 

Gununsesi.info xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi məlumat yayıb.

Bildirilib ki, martın 4-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisindən ümumi çəkisi 515 qram narkotik vasitə heroinin kiçikhəcmli PUA vasitəsilə ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Gununsesi.info