
ABŞ prezidenti Donald Tramp vəzifəyə gəldikdən sonra verdiyi bütün vədlərə əməl etdiklərini və Amerikanın qızıl dövrünün təzəcə başladığını bildirib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Tramp, İlon Maskın rəhbərlik etdiyi Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) böyük uğur qazandığını vurğuladı.
O, departamentlər və prezidentliklərə xərclərin azaldılması və məşğulluq sahəsində DOGE ilə əməkdaşlıq etməyi tapşırıb.
Nazirlər, amerikalı milyarder iş adamı Elon Musk və başqaları ilə çox müsbət görüş keçirdiyini bildirən Tramp, lazım olan yerlərdə xərcləri azaltmaqla yanaşı, “ən yaxşı və ən məhsuldar insanları” saxlamağın vacib olduğunu bildirib.
Orxan