Latakiyada devrilmiş rejim ünsürlərinə qarşı əməliyyat: Ən azı 70 nəfər ölüb, rejim kəşfiyyatının rəisi tutulub

  • By Admin2
  • 07 Mart 2025 11:58

Suriya ordusunun Latakiya vilayətində devrilmiş Əsəd rejiminin ünsürlərinə qarşı əməliyyatı davam edir. 

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Qarşıdurmalarda azı 70 nəfər həlak olub.

Hafiz Əsəd dövründə rejimin keçmiş hava kəşfiyyatı rəisi İbrahim Huveycanın ələ keçirildiyi açıqlanıb.

Tarsus və Homsda gecə komendant saatı elan edilib.

Xəbərdə ölü və yaralıları xəstəxanaya çatdırmaq üçün hadisə yerinə gedən təcili yardımın da devrilmiş rejimin ünsürlərinin hədəfində olduğu bildirilib.

Təhlükəsizlik qüvvələrinin kəndə əlavə qüvvələr göndərdiyi və bölgədə sözügedən ünsürlərlə toqquşmaların olduğu bildirilib.

Yerli mənbələrdən alınan məlumata görə, Ceble rayonundakı Xmeymim hava limanı və Dəniz Akademiyası yaxınlığında davam edən qarşıdurmalarda ən azı 10 təhlükəsizlik işçisi həyatını itirib.

İdlib, Homs, Latakiya, Hələb və Cebla əyalətlərində meydanlara toplaşan yüzlərlə insan devrilmiş rejim ünsürlərinin hücumlarına etiraz edib.

Orxan

Gununsesi.info