Elon Musk: - Biz fərdiləşdirilə bilən hər şeyi özəlləşdirməliyik

  • By Admin2
  • 06 Mart 2025 14:33

Amerikalı milyarder və ABŞ prezidenti Donald Trampın baş müşaviri İlon Mask deyib: “Məncə, biz özəlləşdirilə bilən hər şeyi özəlləşdirməliyik”

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Mask ölkənin dəmir yolu xidmətlərini təmin edən Amtrak kimi qurumların özəlləşdirilməli olduğunu iddia edib.

CNN-in məlumatına görə, Morgan Stanley Technology Media & Telecom konfransına uzaqdan əlaqə vasitəsilə qatılan Elon Musk USPS və Amtrak kimi qurum və xidmətlərin özəlləşdirilməsi ilə bağlı şərhlər verib.

Çinin sürətli qatarlarını misal gətirərək, digər ölkələrin ABŞ- dan qat-qat yaxşı dəmir yollarına sahib olmasının utancverici olduğunu söylədi.

Amtrak vəziyyətinin kədərli olduğunu söyləyən Musk, “Başqa ölkədən gəlirsinizsə, lütfən, milli dəmiryolumuzdan istifadə etməyin. Bu, sizdə ABŞ haqqında çox pis təəssürat yarada bilər” deyib.

“Düşünürəm ki, biz fərdiləşdirilə bilən hər şeyi fərdiləşdirməliyik” -Musk bildirib.

Orxan

Gununsesi.info