Qəza baş verdi, “Koroğlu” istiqamətində sıxlıq yarandı

  • By Admin2
  • 07 Mart 2025 10:44

Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, qəza səbəbindən metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb.

Sıxlığın aradan qaldırılması üçün tədbirlər görülür.

Gununsesi.info