
Qəzzada atəşkəsin ikinci mərhələsi ilə bağlı İsrail və HƏMAS arasında müzakirələr davam edir.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrailin sorğusuna görə, ictimaiyyətin 44 faizi Qəzzada atəşkəs və əsir mübadiləsi razılaşmasının ikinci mərhələsi üçün danışıqların davam etdirilməli olduğunu, yalnız 9 faizi Qəzzaya hücumların yenidən başlamalı olduğunu düşünür.
ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun təklif etdiyi və İsrailin Ramazan ayı və yəhudi Pasxa bayramı (12-20 aprel) dövründə atəşkəs rejiminin uzadılmasına dair qəbul etdiyini açıqladığı planı dəstəkləyənlərin nisbəti 34 faiz olaraq qalıb.
Sorğuda iştirak edənlərin 13 faizi qərarsız olduğunu bildirib.
Orxan