İsrail mətbuatı Netanyahu hökumətini tənqid edir

  • By Admin2
  • 06 Mart 2025 12:15

İsrailin “Jerusalem Post” qəzetinin redaksiyası tərəfindən bu gün dərc olunan redaksiya məqaləsində baş nazir Benyamin Netanyahu hökuməti sərt tənqid edilib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, “Utanc verici bir nizamsızlıq və qəzəb nümayişi, biz daha yaxşısını edə bilərik” başlıqlı məqalə bu sözlərlə başlayır: “Hakimiyyət: Özünüzə gəlin. Siz bu həyatlarla oynayırsınız və buna idman kimi yanaşırsınız”.

Məqalədə HƏMAS-ın 2023-cü il oktyabrın 7-də başlatdığı Əl-Əqsa tufanı əməliyyatı üçün İsrail Təhlükəsizlik Agentliyi Şin Betin apardığı daxili araşdırmaya işarə edilib.

Məqalədə deyilirdi: “Son bir həftə ərzində İsrail qapalı müzakirələrin utancverici bir qarışıqlığa və güclə basdırılan qəzəb nümayişinə çevrilməsinin şahidi oldu.” 

Bildirilir ki, Netanyahu və ifrat sağçı koalisiya oktyabrın 7-nə görə siyasi məsuliyyəti öz üzərinə götürmək əvəzinə, günahı Şin Beti, İsrail Müdafiə Qüvvələrini (IDF) və keçmiş Lapid-Bennet hökumətini üzərinə atırlar.

Məqalədə deyilirdi ki, İsrailin KAN xəbər agentliyi Netanyahunun Şin Betlə bağlı araşdırma aparan xarici komitənin yaradılmasını 4 ay gecikdirdiyini açıqlayıb.

Xəbərdə deyilir ki, agentlik istintaqı tamamlamaq üçün daha çox vaxt istəyib, lakin bu araşdırma hələ tamamlanmayıb, lakin Netanyahu tələbi rədd edib və təhqiqatın tələsik təqdimat mərhələsinə çatdırılmasını istəyib.

Orxan

Gununsesi.info