
Oval Ofisdə keçirilən imza mərasimində ABŞ prezidenti Tramp Rusiya-Ukrayna gündəmindən Yaxın Şərqə qədər bəzi xarici siyasət mövzularında gündəmi dəyərləndirib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Rusiya və Ukrayna ilə danışıqların davam etdiyini və əhəmiyyətli irəliləyiş əldə etdiklərini bildirən Tramp, “Son iki gündə Rusiya və Ukrayna ilə danışıqlarda əhəmiyyətli irəliləyiş əldə etdik. Ukrayna razılaşmaq istəyir, çünki onların başqa seçimlərini düşünmürəm. Düşünürəm ki, Rusiya da razılaşmaq istəyir” deyib.
ABŞ prezidenti həmçinin bildirib ki, ölkədəki 240 minə yaxın ukraynalı mühacirin müvəqqəti hüquqi statusunda dəyişiklik olub-olmayacağı ilə bağlı tezliklə qərar verəcək.
Digər tərəfdən Tramp ABŞ-ın NATO-ya həddən artıq çox pul ödədiyini, lakin digər ölkələrin xərclərinin olması lazım olandan az olduğunu müdafiə etdi.
Orxan