Zelenskinin azərbaycanlı dizayneri: "Bu, dünyaya mesajdır"

  • By Günel
  • 06 Mart 2025 23:33

Ukrayna Prezidenti Volodimir Zelenskinin dizayneri onun geyim tərzindən danışıb.

Gununsesi.info Teleqraf a istinadən xəbər verir ki, Volodimir Zelenskinin geyim üslubu üzərində milliyətcə azərbaycanlı olan Elvira Həsənovadır.

“Financial Times” dizaynerin Zelenskinin geyimi ilə bağlı açıqlamasını dərc edib.

E. Həsənova Ukrayna Prezidentinin qeyri-rəsmi geyim üslubunu müdafiə edib və bildirib ki, ukraynalı siyasətçinin “məşhur” poloları dünyaya mesajın bir hissəsidir.

Gununsesi.info