Rusiya vətəndaşını “Ukrayna agenti” olmaqda ittiham edir

  • By Admin2
  • 06 Mart 2025 17:49

Rusiya donanmasının zabiti Dmitri Levin Ukraynaya casusluq etdiyinə görə 15 il müddətinə azadlıqdan məhrum edilib. Rusiya Baş Prokurorluğu açıqlamasında bildirib ki, Levin dövlətə xəyanətdə və terror təşkilatının üzvü olmaqda təqsirli bilinib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, “Novorossiysk öz idarəçilərindən aldığı təlimata uyğun olaraq, Tsemes körfəzində Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmilərinin, habelə hərbi hissələrin və hava bazalarının yerləşdiyi yerlər, onların mühafizə üsulları haqqında məlumat toplayıb və bu məlumatı Ukrayna xüsusi təyinatlılarının nümayəndələrinə ötürüb”, – deyə məlumatda bildirilir.

Başqa bir halda, 56 yaşlı Natalya Şulqa 2024-cü ilin iyununda Enerhodarda elektrik xəttini partlatdığına görə 15 il müddətinə azadlıqdan məhrum edilib, Baş Prokurorluğun bəyanatında deyilir.

Ukraynanın hücumlarında hədəf alınan Novorossiysk bazası ilə Qara dənizin əhəmiyyətli limanlarından biridir.

Orxan

Gununsesi.info