ABŞ-Həmas danışıqları: Tramp təsdiq edir

  • By Admin2
  • 07 Mart 2025 12:10

ABŞ prezidenti Donald Tramp ölkəsinin girovların azad edilməsi üçün Həmas ilə danışıqlar apardığını təsdiqləyib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu hərəkətin HƏMAS-la heç bir əlaqəsi olmadığını, ancaq İsrailə yardım etdiyini deyən Tramp, “Həmas ilə görüşürük. Bu görüşlərdə İsrailə kömək edirik. Çünki İsrailli girovlardan danışırıq”deyib.

Co Bayden administrasiyasının girovları geri qaytara bilmədiyini deyən Tramp, administrasiyası ilə girovların azadlığa buraxılmağa başladığını xatırladıb.

ABŞ-ın girovları geri qaytarmaq üçün heç bir bədəl ödəmədiyini vurğulayan Tramp, “Müzakirə aparmaqla qiymət ödəmək arasında fərq var” deyib.

ABŞ-da yerləşən Axios xəbər saytı, gizli danışıqlardan xəbəri olan iki mənbəyə əsaslanaraq, ABŞ-ın HƏMAS ilə ilk dəfə birbaşa əlaqə qurduğunu iddia edib.

Orxan

Gununsesi.info