Avqustun bütün sosial ödənişləri yekunlaşdı

  • By Günel
  • 28 Avqust 2024 11:17

Avqust ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib.

Bu barədə Gununsesi.info– ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, bundan əvvəl, avqustun 9-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, avqustun 19-da isə bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin avqust ayının pensiya ödənişləri həyata keçirilib. Beləliklə, avqust ayı üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi yekunlaşıb.

Gununsesi.info