Bayramov mühüm dəmiryolu xəttindən danışıb

  • By ilhame
  • 27 Avqust 2024 22:25

“İğdır-Naxçıvan-Qars” dəmiryolu xəttinin çəkilməsi yaxın zamanda başa çatacaq”.

 

Gununsesi.info xəbər verir ki, bunu Xarici İşlər Naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransında deyib.

Nazir bilidrib ki, sözügedən xəttin tamamlanması prosesi ikili münasibətlərdə yeni mərhələyə keçid üçün təkan olacaq.

 

Qeyd edək ki, bu ilin fevralın 25-də Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə “Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Qars-İğdır-Aralık-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti layihəsi ilə bağlı Anlaşma Memorandumu” imzalanıb.

Gununsesi.info