
Rusiyanın Ukraynanın Xarkov şəhərini atəşə tutması nəticəsində üç nəfər ölüb.
Gununsesi.info xəbər verir ki, bu barədə Xarkov meri İqor Terexov məlumat yayıb.
Hadisə nəticəsində 21 nəfər yaralanıb.
***
Ruslar aviasiya bombaları ilə Xarkova yenə zərbələr endiriblər.
Bu barədə Xarkov Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib .
Onun sözlərinə görə, hücum nəticəsində 1 nəfər ölüb, 5 nəfər isə yaralanıb.
Sinegubov qeyd edib ki, şəhərin Şevçenkivski rayonunda dəmiryolunun, Kiyevski rayonunda isə şəxsi yaşayış binasına mərmi atılması nəticəsində ziyan dəyib.
***
Xarkova aviasiya bombalarından edilən hücum nəticəsində yaralıların sayı 40-a çatıb.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.
“Daha bir vəhşi qətl. Bunun heç bir hərbi mənası yoxdur. Terrorizm! Və bu, üç ildən artıqdır ki, genişmiqyaslı müharibə davam edir. Buna göz yummaq olmaz. Biz buna göz yuma bilmərik”, – Zelenski vurğulyıb.