Azərbaycan millisi Gürcüstanı məğlub etdi

  • By Günel
  • 07 İyun 2025 21:23

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa Gümüş Liqasında növbəti oyununu keçirib.

Gununsesi.info xəbər verir ki, yığma komanda İsveçdə təşkil olunan 1-ci tur çərçivəsində Gürcüstan yığması ilə üz-üzə gəlib. Azərbaycan millisi bu görüşdə 3:0 hesabı ilə qələbə qazanıb.

Beləliklə, bir qələbə və bir məğlubiyyəti olan yığma 1-ci turu 3 xalla başa vurub.

Qeyd edək ki, 2-ci turun qarşılaşmaları 13-15 iyun tarixlərində Azərbaycanda təşkil olunacaq. Bu mərhələdə rəqiblər Lüksemburq və Macarıstan yığmaları olacaq.

Avropa Gümüş Liqası (kişilər)

7 İyun

I tur (İsveç)

Gürcüstan – Azərbaycan 0:3 (20:25, 18:25, 18:25)

Gununsesi.info