Ağdamda sərxoş kişi yüksək gərginlikli elektrik dirəyinə çıxıb

  • By Günel
  • 07 İyun 2025 22:54

Ağdamda sərxoş kişi yüksək gərginlikli elektrik dirəyinə çıxıb.

Gununsesi.info xəbər verir ki, rayonun İmamqlubəyli qəsəbəsinə qonaq gələn Pünhan adlı şəxs ərazidə yerləşən yüksək gərginlikli elektrik dirəyinə çıxıb.

Hadisə yerinə hüquq – mühafizə orqanlarının əməkdaşları, FHN-nin Qarabağ Regional Mərkəzinin xilasediciləri cəlb edilib.

Hazırda onun elektrik dirəyindən düşürülməsi üçün lazımi addımlar atılır.

Gununsesi.info