Basketbol millimiz yarımfinala yüksəldi

  • By Günel
  • 08 İyun 2025 11:40

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Avropa Kubokunun yarımfinalına yüksəlib.

Bu barədə Gununsesi.info-ya federasiyadan məlumat verilib.

Yığma turnirin təsnifat mərhələsinin qrup oyununda yerli Kosovo millisinə 22:10 hesabı ilə qalib gəlib. Yarımfinalda rəqib Malta olacaq.

Bu görüş iyunun 8-də, Bakı vaxtı ilə saat 20:40-da baş tutacaq.

Gununsesi.info