
Türkiyədən Rusiyaya şokolad ixracı rekord həddə çatıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin statistika xidmətinin məlumatlarında qeyd olunub.
Bu il aprel ayında Türkiyə Rusiyaya 5,6 milyon dollar dəyərində şokolad tədarük edib.
2025-ci ilin ilk dörd ayında Türkiyə şokoladının Rusiyaya ixracı 19,4 milyon dollara çatıb ki, bu da bir il əvvəlkindən iki dəfə çoxdur. 2024-cü ildə tədarük həcmi 41,5 milyon dollar təşkil edib.