Azərbaycan yığması Monteneqroya uduzdu

  • By Günel
  • 07 İyun 2025 22:35

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa Qızıl Liqasında növbəti oyununa çıxıb.

Gununsesi.info xəbər verir ki, yığma komanda Slovakiyada təşkil olunan 2-ci tur çərçivəsində Monteneqro seçməsi ilə üz-üzə gəlib.

Görüş rəqibin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, 3-cü turun qarşılaşmaları 13-15 iyun tarixlərində Xorvatiyada təşkil olunacaq. Bu mərhələdə Azərbaycanın rəqiblər meydan sahibi və Rumıniya yığması olacaq.

Avropa Qızıl Liqası (qadınlar)

7 iyun

II tur (Slovakiya)

Monteneqro – Azərbaycan 3:1 (25:18, 16:25, 25:19, 25:18)

Gununsesi.info