Almaniyada sürücü avtomobili izdihamın üzərinə sürdü - 50 nəfər yaralanıb

  • By Günel
  • 07 İyun 2025 22:27

Almaniyanın cənubundakı Bavariyanın Passau şəhərində sürücü avtomobili izdihamın üzərinə sürüb.

Gununsesi.info “Der Focus” saytına istinadən xəbər verir ki, hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb.

Regional polisin məlumatına görə, “Mercedes”in 48 yaşlı sürücü saxlanılıb və araşdırma aparılır.

Bildirilir ki, avtomobildə sürücünün xanımı və qızı da olub.

Qeyd edək ki, ötən ayın sonunda Liverpulda eyniadlı futbol komandasının qələbəsini qeyd etmək üçün keçirilən parad zamanı sürücü futbol azarkeşlərini vurub. Hadisə şahidləri sürücünün bunu qəsdən etdiyini iddia edib. Hadisə zamanı təxminən 50 nəfər yaralanıb.

Gununsesi.info