
Mingəçevirdə küçədə 41 yaşlı kişinin meyiti tapılıb.
Gununsesi.info xəbər verir ki, hadisə Kür çayının sağ sahilində qeydə alınıb.
Küçədə meyiti tapılan şəxsin 1984-cü il təvəllüdlü şəhər sakini Ramin İsmayılov olduğu müəyyən edilib. Əldə edilən ilkin məlumata görə, ölən şəxs həm də içki düşkünü olub. Hadisənin baş vermə səbəbləri tam müəyyənləşdirilməyib.
Faktla bağlı araşdırma aparılır.