Ağstafada yolların təmirinə 397 min manat xərclənəcək

  • By Günel
  • 07 İyun 2025 19:57

Ağstafa Rayon İcra Hakimiyyəti rayonun bir sıra küçələrində yolların təmirinə 396 min 929 manat xərcləməyi planlaşdırır.

Gununsesi.info xəbər verir ki, təmir işləri rayonun Mehdi Hüseyn, Mehdi Mustafayev, Əmrah Əhmədov, Qurban Mehdizadə, Nəriman Nərimanov, Sarı Məmmədov, Rəfail Əsədov, Rafiq Alcanov, küçələrində, eləcə də, Şıxəli Qurbanov döngəsi və Azər Yusifli küçəsində birinci döngəsində aparılacaq.

Qurum müvafiq işlər üzrə tender elan edib və işləri icra edəcək podratçı axtarışındadır.

Qeyd edək ki, təkliflərin son təqdimolunma tarixi iyulun 3-dür. Zərflərin də həmin gün açılması planlaşdırılır.

Gununsesi.info