Qazaxıstan Müdafiə Nazirliyi: Gənclər hərbidən yayınırlar

  • By Günel
  • 07 İyun 2025 21:27

Qazaxıstanda hərbi çağırışçılar polislər tərəfindən küçələrdə saxlanılaraq zorla çağırış məntəqəsinə aparılır.

Gununsesi.info xəbər verir ki, bu barədə internetdə videolar paylaşılıb.

Qazaxıstanın Müdafiə Nazirliyi faktı təsdiq edərək çağırış yaşında olan vətəndaşların saxlanılmasına münasibət bildirib.

“Ölkədə hərbi xidmətə çağırış hər il həyata keçirilir, lakin bəzi gənclər çağırışdan yayınmağa çalışırlar. Çağırış vərəqəsini şəxsən təhvil vermək mümkün olmadıqda çağırışçının gəlişinin təmin edilməsinə daxili işlər orqanları cavabdehdir. Bəzi vətəndaşlar polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaqdan boyun qaçırır və müqavimət göstərirlər ki, bu da onların məcburi şəkildə çağırış məntəqəsinə çatdırılması ilə nəticələnir”, – deyə Müdafiə Nazirliyindən bildirilib.