Dünyanın müxtəlif yerlərindən 8 maraqlı qadağalar!

  • By Günel
  • 19 Oktyabr 2024 00:07

Bütün dünyada maraqlı qadağalar yerli mədəniyyətlərin və sosial normaların əksi kimi önə çıxır. Fransadan Sinqapura, Yunanıstandan Rusiyaya qədər bir çox ölkədə tətbiq edilən bu qadağalar həm ətraf mühiti qorumaq, həm də sosial asayişi təmin etmək məqsədi daşıyır.

 Gununsesi.info xarici mediaya istinadən həmin 8 maraqlı qadağanı təqdim edir…

FRANSA- KETÇUP QADAĞASI

Fransada bəzi məktəblərdə və restoranlarda ketçup kimi sousların həddindən artıq istifadəsini məhdudlaşdıran qaydalar var. Bu qadağa sağlam qidalanmağı təşviq etmək və fransız mətbəxini qorumaq məqsədilə tətbiq edilir. Belə ki, ketçup tamamilə qadağan edilməyib, lakin müəyyən yerlərdə məhdudlaşdırıla bilər.

Dünyanın çeşitli yerlerindeki 8 ilginç yasak! - 1

YUNANISTAN – TARİXİ BÖLGƏLƏRDƏ DİKDABAN AYAQQABILARIN QADAĞASI

Yunanıstanda xüsusilə Qədim Aqora və Akropol kimi tarixi ərazilərdə dikdaban ayaqqabı geyinmək qadağandır. Bu qadağa bu ərazilərin qorunması, həm də ziyarətçilərin təhlükəsizliyi üçün 2009-cu ildə tətbiq edilib.

Dünyanın çeşitli yerlerindeki 8 ilginç yasak! - 2

BİRLƏŞMİŞ KRALLIQ – XALÇA ÇIRPMAQ

Böyük Britaniyada bəzi yerlərdə xalçaları silkələmək və ya çırpmaq qadağandır. Bu qadağa xüsusilə şəhər mərkəzlərində səs-küyün qarşısını almaq və qonşuları narahat etməmək üçün həyata keçirilir. Ancaq səhərlər saat 8-dən əvvəl ayaqaltını silkələyə bilərsiniz.

Dünyanın çeşitli yerlerindeki 8 ilginç yasak! - 3

İSVEÇRE – HÜRƏN İTƏ BAĞIRMAK

İsveçrə heyvan hüquqlarına böyük önəm verən ölkələrdən biridir. Ölkədə hürən iti belə danlamaq qanunsuzluqdur. Bu həssaslıq ölkənin heyvanların rifahına olan bağlılığını və həssaslığını əks etdirir.

Dünyanın çeşitli yerlerindeki 8 ilginç yasak! - 4

SİNQAPUR – SAQQIZ QADAĞASI

“Qaydalar ölkəsi” kimi tanınan Sinqapurda bir çox fərqli qadağalar var. Lakin bunlardan ən məşhuru saqqız çeynəmə qadağasıdır.

Bu qadağa xüsusi olaraq küçələrin təmizliyini təmin etmək və ictimai yerləri qorumaq üçün tətbiq edilib. Hökumət saqqız probleminin yerə atılmasının qarşısını almaq üçün saqqızın satışı və istehlakına ciddi nəzarət edir.

Ancaq Sinqapurda bütün saqqızlar qanunsuz deyil: 2004-cü ildən əczaçılara və diş həkimlərinə tibbi resepti olan müştərilərə “müalicəvi” saqqız satmağa icazə verilib. Buna standart şəkərsiz saqqız daxildir.

Dünyanın çeşitli yerlerindeki 8 ilginç yasak! - 5

RUSİYA – ÇİRKLİ MAŞIN İLƏ YOLA ÇIXMAQ

Rusiyanın bəzi bölgələrində çirkli avtomobil sürmək qadağandır! Bu qanun xüsusilə Moskva kimi böyük şəhərlərdə yol hərəkəti təhlükəsizliyini artırmaq və ekoloji təmizliyi təmin etmək üçün həyata keçirilir. Çirkli avtomobillər yolda görüntünü azalda bilər ki, bu da təhlükəyə səbəb ola bilər. Yəni bu qadağa həm təhlükəsizlik, həm də ətraf mühitin mühafizəsi baxımından mühüm tənzimləmədir.

Dünyanın çeşitli yerlerindeki 8 ilginç yasak! - 6

SAMOA- HƏYAT YOLDAŞININ AD GÜNÜNÜN UNUDULMASI

Sakit okeanın cənubunda yerləşən Samoa ölkəsində ərin arvadının ad gününü unutması qadağandır.Əgər unudarsa, məhkəmə arvadına ödəmək üçün cərimə təyin edir. Təkrarlanarsa, həbslə nəticələnə bilər.

Dünyanın çeşitli yerlerindeki 8 ilginç yasak! - 7

İTALİYA – İCTİMAİ MƏKANLARDA QAŞQABAQLI OLMAQ

İtaliyanın Milan şəhərində camaat qarşısında qaşqabaqlı olmaq qadağandır. Bu, çox qədim və etibarlı yerli qanundur. Xəstəxana işçiləri və dəfn mərasimində iştirak edənlər isə bu qanundan azaddırlar.

Dünyanın çeşitli yerlerindeki 8 ilginç yasak! - 8

Günel Həsənova

Gununsesi.info